"Biz Heydər Əliyev ordusunun əsgərləriyik"

"Biz Heydər Əliyev ordusunun əsgərləriyik"

Bu gün 15 iyun - Milli Qurtuluş günü münasibəti ilə hərbi hissələrin yerləşdiyi şəhər və rayon mərkəzlərində yaradılmış Heydər Əliyev muzeyi, park və xiyabanlarına şəxsi heyətin ziyarəti təşkil edilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, keçirilən tədbirlərdə hərbi qulluqçuların və onların ailə üzvlərinin iştirakı təmin olunub.

Birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində Respublikanın görkəmli elm və mədəniyyət xadimlərinin, veteran təşkilatlarının iştirakı ilə mədəni-kütləvi tədbirlər təşkil edilib, Ulu öndər Heydər Əliyevin xatirəsi bir daha yad olunub.

"Biz Heydər Əliyev ordusunun əsgərləriyik" adlı bədii təşviqat briqadası yaradılıb və Qarnizon Zabitlər evləri və klublarında çıxışlar təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə