Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ətrafında fikir mübadiləsi aparılıb

Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ətrafında fikir mübadiləsi aparılıb

ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara Minsk qrupunun həmsədrləri ilə görüşüb.

ATƏT-in rəsmi internet səhifəsində yerləşdirilmiş məlumatda bildirilir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi müzakirə olunub. Həmsədrlər L.Kojaranı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Baza Prinsipləri ilə bağlı aparılan danışıqların aktual vəziyyəti, eləcə də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə keçirdikləri görüşlərin nəticələri barədə məlumatlandırıblar.

Görüşdə, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin Azərbaycana və Ermənistana səfərinin vaxtı barədə fikir mübadiləsi aparıb, Ukraynanın təşkilata sədrliyi dövründə bu səfərin məhsuldar nəticələr verə biləcəyinin əhəmiyyətindən bəhs olunub.

ATƏT-in fəaliyyətdə olan sədri Ukraynanın münaqişənin nizamlanması üçün Minsk qrupunun göstərdiyi səyləri dəstəklədiyini bildirib, təşkilata sədrlik dövründə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının Ukrayna üçün prioritet olması vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə