Millət vəkili: “Rüstəm İbrahimbəyovun öz fikri, ideyası yoxdur" AÇIQLAMA

"O xaricdən idarə olunur!
Millət vəkili: “Rüstəm İbrahimbəyovun öz fikri, ideyası yoxdur" AÇIQLAMA

"Hər bir dövlətin milli təhlükəsizliyinin tərkib hissəsində ərzaq təhlükəsizliyi də vardır. Ərzaq təhlükəsizliyi bəzən geni dəyişilmiş məhsulların ölkəyə gəlməsi və ölkə əhalisinin ondan istifadəsinə ziyan vuran amillərdəndir. Məhz Rüstəm İbrahimbəyov və onun yaratdığı "Milli Şura" həmin şuranın ətrafında olan insanlar da geni dəyişilmiş insanlardır". Bunu SİA-ya millət vəkili Musa Quliyev "Milli Şura" daxilində gedən proseslərə və Rüstəm İbrahimbəyovun xaricdən idarə olunmasına münasibət bildirərkən deyib.

Parlament üzvünün sözlərinə görə, geni dəyişilmiş məhsul insan orqanizminə nə qədər ziyanlıdırsa, geni dəyişilmiş siyasətçilər də bir ölkəyə, xalqa o qədər ziyanlıdır: "Rüstəm İbrahimbəyov və onun ətrafında olan insanların nə öz fikirləri, ideyaları yoxdur, nə də onların elan etdikləri kimi bir müsbət ideyaları, gələcəyə ünvanlanmış fikirləri, siyasətləri yoxdur. Onlar başqa dövlətlərin müxtəlif qrupları tərəfindən işlənib hazırlanan, Azərbaycanı problemlər qarşısında qoymaq, ölkə xalqını yenidən 1990-cı illərin xaosuna çevirmək və Azərbaycandan öz iqtisadi, siyasi maraqları naminə istifadə etmək istəyən qüvvələrdir".

Millət vəkili vurğulayıb ki, "Milli Şura"nın adından başqa həmin qurumda milli olan heç nə yoxdur və onların havadarlarının da ən böyük səhvləri ondan ibarətdir ki, həmin insanlar Azərbaycan xalqının potensialını qiymətləndirmirlər: "Bu insanlar hələ də dərk etmirlər ki, Azərbaycan xalqı 20-25 il qabaqkı xalq deyil. Azərbaycan xalqı onun həqiqi xilaskarının kim olduğunu çox gözəl bilir. Bu mənada onların hamısı məğlubiyyətə düçar olacaq siyasətçilərdir".

Bütün xəbərlər Facebook səhifəmizdə