Yeni Azərbaycan Partiyasının Sədr müavini- icra katibi Əli Əhmədov bu gün Cənubi Koreyanın ölkəmizdəki səfiri Ço Suk İni partiyanın mənzil qərargahında qəbul edib. SİA-nın məlumatına görə, görüşdə Cənubi Koreya ilə Azərbaycan arasında qarşılıqlı dostluq və əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb, bu ölkənin hakim Saenuri Partiyası ilə Yeni Azərbaycan Partiyası arasındakı əlaqələrin daha da möhkəmləndirilməsinin zəruriliyi qeyd edilib.
Görüşdə YAP-ın Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Asəf Hacıyev iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB