Beynəlxalq Diaspor Mərkəzinin (BDM) nümayəndə heyətinin Belarusiya Respublikasına səfəri başa çatıb. BDM-dən SİA-ya verilən məlumata görə, səfər çərçivəsində Qrodno şəhərində Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycanın təbliği və ərazi bütövlüyünün bərpası ilə bağlı xarici ölkələrdə tədbirlərin təşkili" layihəsi istiqamətində "Erməni işğalının nəticələri" adlı konfrans keçirilib. Konfransda BDM tərəfindən hazırlanmış "Cümhuriyyət tarixsi" adlı film nümayiş etdirilib. Eyni zamanda mərkəz tərəfindən Şuranın dəstəyi ilə hazırlanmış "Rezultatı armyanskoy aqressii" adlı buklet də iştirakçılara paylanıb.
Nümayəndə heyəti Brest bölgəsində də səfərdə olub. Burada Brest Qalası ziyarət edilib. Brestin azad olunmasında çoxlu sayda soydaşlarımız şəhid olub, lakin təəssüflər olsun ki, qaladakı xatirə lövhəsində ermənilərin adı olduğu halda soydaşlarımızın adına rast gəlinməyib. Məlumat üçün qeyd etməyi lazım bilirik ki, Brestin azad olunmasında ilk Sovet İttifaqı Qəhramanı adına İsrafil Məmmədov layiq görülüb. Onun və digər şəhid soydaşlarımızın adı burada əbədiləşdirilməyib. Bununla bağlı BDM təmsilçiləri vəziyyətlə yerində tanış olaraq Brest şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində yeni layihəyə start verib. Məsələ ilə bağlı Brest meriyasına və Belarusiyanın müvafiq strukturlarına müraciətlər olunacaq.
Qeyd edək ki, səfərin sonunda Minsk şəhərində Azərbaycan diasporunun fəalları ilə bir sıra görüşlər keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB