Ərdoğanın sözçüsündən CNN-in aparıcısına kəsərli cavab

Ərdoğanın sözçüsündən CNN-in aparıcısına kəsərli cavab

Taksim olaylarına polis müdaxiləsini canlı olaraq yayımlayan CNN telekanalı Baş nazir Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalınla birbaşa telefon əlaqəsi yaradıb. Tanınmış teleaparıcı Kristiane Amanpor, Kalın "Əllərində molotof kokteylləri və dəyənəklər olan insanların Ağ Evə və özəl mülklərə hücum etmələrinə icazə verildiyi vəziyyəti düşünə bilirsiniz?" sualını, "Hörmətli Kalın, əlaqəni kəsmək məcburiyyətindəyik. Şou bitdi" sözləri ilə kəsərək, onu yayımdan çıxarıb.

Proqramda Amanporun "Gəzi parkı hadisələrini niyə bu qədər böyütdünüz?" sualına cavab olaraq İbrahim Kalın aktiv etirazçılardan bəzilərinin ABŞ Konsulluğuna hücum edənlər olduğunu deyib. Amanpor "sualım o deyil" deyincə, Kalın "DHKP-C (İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi) terror təşkilatının üzvü Amerika səfirliyinə bomba atanda terrorist, Taksim meydanına çıxanda demokratik etirazçı olur?" sualını verdi.

İsmayıl Quliyev

Bütün xəbərlər Facebook səhifəmizdə