Aksiyada iştirak edən gənclər öz təəssüratlarını SƏS TV ilə bölüşdü FOTOLAR

Aksiyada iştirak edən gənclər öz təəssüratlarını SƏS TV ilə bölüşdü FOTOLAR

15 İyun "Milli Qurtuluş Günü"nün 20 illiyinə həsr edilmiş "Qurtuluşdan İpək Yoluna" adlı ağacəkmə kampaniyasına start verilib. Həmin aksiyada iştirak edən gənclər öz təəssüratlarını SƏS TV ilə bölüşüblər:

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin üzvü Gülnar Əmiraslanova: "Bu aksiyalar çox yüksək səviyyədə təşkil olunub. Bütün gəncləri də bu kimi aksiyalarda fəal iştirak etməyə çağırıram. Azərbaycanın inkişafı, qüdrətlənməsi naminə ağacəkmə aksiyalarının təşkili xüsusi önəm kəsb edir. 15 İyun "Milli Qurtuluş Günü" münasibətilə bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm".

YAP Gənclər Birliyinin üzvü Nigar Aslanova: "Bu aksiyaya xeyli sayda gənclərin qoşulması planlaşdırılırdı. Amma imtahanlarla bağlı olaraq aksiyada yalnız 45 nəfər tələbə iştirak edib. Bu tələbələrin də hər biri üç-dörd ildir ki, YAP GB-da xüsusi istedadı ilə fərqlənən gənclərdir".

YAP Gənclər Birliyinin üzvü Azər Quliyev: "Aksiyanın təşkil olunmasını yüksək qiymətləndirirəm. Sevindirici haldır ki, Bakıdan-Qazağa doğru istiqamətlənən bu aksiyada region gəncləri də bizə qoşulurlar. Gənclərə göstərilən bu diqqət və qayğıya görə prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığımızı bildiririk. Biz gənclər Azərbaycanın parlaq gələcəyi naminə, ölkə başçısı İlham Əliyevin ətrafında daha sıx birləşmişik".

YAP Gənclər Birliyinin üzvü Həlimə Tağıyeva: "Çox sevinirik ki, 15 İyun "Milli Qurtuluş Günü" ərəfəsində bizim də bu aksiyalara dəstəyimiz oldu. Hər bir gəncə tövsiyyə edərdim ki, aksiyalarda daha fəal iştirak etsinlər və ekologiyaya, təbiətə xidmətləri əvəzsiz olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə