Prezidenti İlham Əliyev Banqladeş Xalq Respublikasının xarici işlər naziri Dipu Moninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın məlumatına görə, D.Moni xalqlarımız arasında əlaqələrin qədim tarixə malik olduğunu vurğulayıb, bu əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edib.
Azərbaycanla Banqladeş arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayan dövlət başçısı bu əlaqələrin iqtisadi əməkdaşlıq, birgə layihələr və digər sahələrdə də inkişaf etdirilməsinin önəmini qeyd edib. Prezident D. Moninin səfərinin bu sahədə əməkdaşlığın inkişafına xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB