Musa Qasımlı: “Azərbaycanın xəritədə axtarılmasına son qoyuldu” MÜNASİBƏT

Musa Qasımlı: “Azərbaycanın xəritədə axtarılmasına son qoyuldu” MÜNASİBƏT

"Prezident İlham Əliyevin hakimiyyətdə olduğu son 10 il, Azərbaycanın daxili və xarici siyasəti sahəsində ən uğurlu inkişaf illərindən biri kimi yadda qalıb". Bunu SİA-ya millət vəkili, professor Musa Qasımlı ötən gün Yeni Azərbaycan Partiyasının (YAP) V qurultayında prezident İlham Əliyevin namizədliyinin rəsmən təsdiqlənməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Parlament üzvünün sözlərinə görə, bununla belə ölkəmizin daxili siyasətində eləcə də sosial, iqtisadi, mədəni-mənəvi, psixoloji sahələrində yeni şərait yaranıb: "Prezident İlham Əliyev xarici siyasət sahəsindəki uğurlu fəaliyyəti ilə ölkəmizi Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinə nail olub. Azərbaycanda ilk dəfə olaraq, "Avroviziya" mahnı yarışmaları zamanı, tarix və mədəniyyətimizin təbliğ olunması ilə ölkəmizin xəritədə axtarılmasına son qoyulub. Bununla belə, ölkəmiz kosmos klubuna üzv olub. İnanıram ki, növbəti beş ildə ölkəmiz daha böyük uğurlara imza atacaq. Hər şeydən əvvəl tariximizdə ilk dəfə olaraq, "dövlət canlı orqanizmdir və daim genişlənməlidir" geosiyasi nəzəriyyəsini praktikada həyata keçirən dövlət başçısı İlham Əliyev, Azərbaycanı yeni bazarlara çıxarıb, ölkəmizin mövqelərini daha da möhkəmləndirib. Beləcə, Azərbaycan borc alan ölkədən borc verən, kapital ixrac edən, sərmayə qoyan ölkəyə çevrilib. Bütün bunların hamısı dövlətimizin gələcəyə nikbin yanaşmasına əsas verir".

Bütün xəbərlər Facebook səhifəmizdə