Azərbaycan prezidenti İlham Əliyev iyunun 6-da Almaniyanın keçmiş xarici işlər naziri Hans-Ditrix Genşeri qəbul edib. SİA-nın məlumatına görə, görüşdə Azərbaycanla Almaniya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, sənaye, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əməkdaşlığın bundan sonra da genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib.
Söhbət zamanı ikitərəfli münasibətlər, enerji təhlükəsizliyi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB