Türkiyə qarışdı FAKT

SİA-nın Türkiyə mətbuatına əsasən verdiyi məlumata görə Taksim Meydanı və ətrafında "Gəzi Parkı"nda mitinqlər davam edir. Taksim Meydanı və Gəzi Parkını dolduran minlərlə insan oturaq aksiyasını kitab oxuya-oxuya davam edirlər. Təqribən saat 01:00 radələrində meydana daxil olan Beşiktaş komandasının fanatları olan Çarşı qrupunun üzvləri şüarlar səsləndirməyə başlayıblar. Səslənən şüarlar Türkiyə hakimiyyətinin əlehinə yönəlib. Hazırda Türkiyənin müxtəlif bölgələrində mitinqlərin sayı sürətlə artır.

Qeyd edək ki, 4 iyun saat 9:00 radələrində İstanbulun sənayə qəsəbəsi olan Tuzlada ilk dəfə olaraq minlərlə insan toplaşıb yürüyüş etdilər. Aksiya zamanı usyançılar dövlət əleyhinə şüarlar səsləndirib. Oxucularımıza Tuzla şəhərində keçən aksiyanın videogörüntülərini təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə