Azərbaycan prezidenti İlham Əliyev iyunun 3-də Rusiya Federasiyası Dumasının beynəlxalq əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Rusiya nümayəndə heyətinin rəhbəri Aleksey Puşkovu qəbul edib. SİA-nın məlumatına görə, görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, parlamentlərarası əlaqələrin münasibətlərin daha da möhkəmləndirilməsi işinə verdiyi töhvənin əhəmiyyəti qeyd olunub.
Söhbət zamanı ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən AŞPA-da fəal əməkdaşlıq etdiyi qeyd olunaraq bu qurumda qarşılıqlı dəstəyin verilməsi yüksək qiymətləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB