R.T.Ərdoğan: “Əgər diktator axtaran varsa, öz keçmişlərinə baxsınlar”

R.T.Ərdoğan: “Əgər diktator axtaran varsa, öz keçmişlərinə baxsınlar”

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan yenidən Taksim hadisələrinə reaksiya verib. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, Osmanlı arxivləri binasının açılışında çıxış edən baş nazir sərt ifadələr işlədib: "Çox açıq söyləyrəm. Biz bir neçə soyğunçunun o meydana gəlib xalqımızı yanlış bilgiləndirməklə təhrik etməsi ilə geri çəkilmərik. Bu millət bizə səsini verərkən tarixinə, təbiətinə sahib çıxaq deyə verib. Körpü inşası dayandırılmayacaq. Biz bu gün üçüncü körpünü inşa edirik, deyilmi? Bu gün ora 300-500 adam gedib. İndi 500 nəfər ora getdi deyə körpü inşaatını dayandıraqmı?"

Türkiyənin baş naziri onu diktatorluqda ittiham edənlərə də cavab verib: "Mən bu millətin əfəndisi deyiləm. Diktatorluq mənim qanımda, xarakterimdə yoxdur. Mən bu millətin xidmətçisiyəm. Əgər diktator axtaran varsa, öz keçmişlərinə baxsınlar".

Bütün xəbərlər Facebook səhifəmizdə