Elçin Mİrzəbəyli: “Almaniyada baş verən hadisələrin arxasında siyasi dairələri durur”

Elçin Mİrzəbəyli: “Almaniyada baş verən hadisələrin arxasında siyasi dairələri durur”

"Almaniyada insan hüquqlarının pozulmasına dair faktlar hər zaman mövcud olub. Bu ölkədə insan hüquqlarının kobud pozulmasına dair Avropa İttifaqı (Aİ) və beynəlxalq təşkilatlar mütəmadi olaraq fikirlər səsləndiriblər. Təəssüf ki, bu etirazlar lazımi qaydada ortaya çıxmır. Məhz bu səbəbdən də məlum hadisələr baş verir". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəhbəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli jurnalist, hüquq müdafiəçisi Eynulla Fətullayevin Almaniyada saxlanılmasına dair məsələyə münasibət bildirərkən deyib.

Siyasi şərhçinin sözlərinə görə, Almaniyada yalnız siyasi deyil, medyada da kütləvi hüquq pozuntuları mövcuddur: "Almaniyada jurnalistlərə qarşı təzyiqlər həyata keçirilir, müxtəlif yollarla onları həbs etməyə çalışırlar. Dövlətin müvafiq strukturları mütəmadi olaraq qanun pozuntularının baş verdiyini bəhanə gətirərək mətbuat üzərində tədqiqatlar aparırlar. Daha bir fakt dini və milli azlıqlara qarşı olan zorakılıqlardır. Almaniyada gizli fəaliyyət göstərən təşkilatlar tərəfindən dini və milli azlıqlara qarşı olan zorakılıqlar həyata keçirilir. Bu cür millətçi təşkilatların cəzalandırılmaması belə təsəvvür yaradır ki, proseslərin arxasında Almaniyanın siyasi dairələri dayanır. Avropa İttifaqının digər ölkələrində də insan hüquqlarının pozulduğuna dair bir sıra faktlar mövcuddur, lakin Almaniyada həmin faktlar özünü daha qabarıq şəkildə göstərir. Ayrı-ayrı hüquq müdafiəçilərinin hazırladığı hesabatlarda da Almaniyada baş verən hüquq pozuntuları ilə bağlı məsələlərə toxunulur".

Bütün xəbərlər Facebook səhifəmizdə