Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının VIII konfransı keçirilib.
Rayon mədəniyyət evində YAP Siyasi Şurası üzvlərinin və Mərkəzi Aparatın məsul əməkdaşlarının, rayon rəhbərliyinin, qurumun 68 ərazi ilk partiya təşkilatından seçilmiş nümayəndələrin iştirak etdiyi konfransda YAP rayon təşkilatının sədri Kamil Mirzəyev hesabat məruzəsi ilə çıxış etmiş, VII konfransdan ötən dövr ərzində görülmüş işlər və növbəti prezident seçkiləri ilə əlaqədar qarşıda duran vəzifələr barədə məlumat verib.
Məruzəçi YAP-ın keçdiyi zəngin və şərəfli tarixi yol, ölkənin ictimai-siyasi həyatındakı mühüm rolundan danışıb, Biləsuvar rayon təşkilatının ətrafında birləşən partiya üzvləri bütün seçkilərdə çox böyük fəallıq göstərdiyini, partiyanın parlaq qələbələrinin əldə olunmasına öz layiqli töhfələrini verdiklərini bildirib.
Qeyd olunub ki, YAP Biləsuvar rayon təşkilatı ötən hesabat dövrü ərzində kəmiyyət və keyfiyyət baxımından daha da inkişaf edib, ideoloji və təşkilati işlərin gücləndirilməsi ilə bağlı bir sıra tədbirlər hazırlayaraq həyata keçirib.
Sədr qarşıdakı prezident seçkiləri ilə əlaqədar təşkilatın gördüyü və görəcəyi işlər barədə də məlumat verib.
Biləsuvar rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev, YAP idarə heyətinin üzvü Kərim Kərimov konfransda çıxış edərək ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən partiyanın keçdiyi inkişaf yolundan, Prezident İlham Əliyevin başçılığı altında qazanılan uğurlardan danışmış, təşkilatın üzvlərinə qarşıdakı prezident seçkilərində uğurlar arzulayıblar.
Konfrans təşkilati məsələyə baxıb. Kamil Mirzəyev yenidən YAP Biləsuvar rayon təşkilatının sədri seçilib.
Konfransda həmçinin Yeni Azərbaycan Partiyasının V Qurultayına nümayəndələr seçilib.
Sonda partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB