Fərhad Abdullayev yenidən hakim seçildi

Fərhad Abdullayev yenidən hakim seçildi

Parlamentin bugünkü iclasında Fərhad Abdullayevin Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələ müzakirə olunub. SİA-nın məlumatına görə, 103 səs leyhinə olmaqla səsvermə nəticəsində o, yenidən Konstitusiya Məhkəməsinin hakimi təyin edilib. Təqdimat layihəsini deputatlara MM sədri Oqtay Əsədov təqdim edib.

Çıxış edən F. Abdullayev, yenidən bu vəzifəyə seçilməsi üçün səs verən deputatlara öz təşəkkürünü bildirib, Milli Məclis qarşısında təntənəli surətdə and içib.

Qeyd edək ki, F.Abdullayev 25 iyun 2003-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin təsdiqindən sonra Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Konstitusiya Məhkəməsinin sədri vəzifəsinə təyin edilib. 26 gündən sonra bu təyinatın 10 ili tamam olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə