İlham Əliyev UNESCO-nun baş direktoru xanım İrina Bokovanı qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da UNESCO-nun baş direktoru xanım İrina Bokovanı qəbul edib.
Görüşdə Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulandı, bu əlaqələrin gələcək illərdə də davam etdiriləcəyinə əminlik ifadə olundu.
Görüşdə, həmçinin II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyədə təşkil olunduğu qeyd edildi, mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsində və ölkələr arasında humanitar sahədə əməkdaşlığın genişləndirilməsində bu cür beynəlxalq tədbirlərin önəmi vurğulandı.
Söhbət zamanı Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB