Metyu Brayza: “Hər şey sülh müstəvisində həll olunmalıdır”

Metyu Brayza: “Hər şey sülh müstəvisində həll olunmalıdır”

"ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycan və Ermənistan arasında saziş yaradıb və əlaqələrini də mütəmadi olaraq davam etdirir". Bunu SİA-ya açıqlamasında ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müstəvisində ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfərinə və keçirdiyi görüşlərə münasibət bildirərkən deyib.

M.Brayzanın sözlərinə görə, ABŞ prezidenti Barak Obama administrasiyası öz işlərini yüksək səviyyədə təşkil edir: "ABŞ daima çalışır ki, iki ölkə arasında mövcud olan narazıçılığı aradan qaldırsın. Bu artıq bizim üçün bir reallıqdır ki, Azərbaycandan olan gənc nəslin nümayəndələrinin Ermənistana gedib orada hər hansı bir müzakirələr keçirəcəyi halda ölkəyə qayıdarkən müəyyən mənada kritikalara məruz qalacaqlar. Əlbəttə, eyni məsələ Ermənistana da aiddir. Bu mənada hesab edirəm ki, hər şey sülh müstəvisində həll olunmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə