Elmar Məmmədyarov: "Münaqişənin həlli bölgəyə sabitlik gətirəcək"

Elmar Məmmədyarov: "Münaqişənin həlli bölgəyə sabitlik gətirəcək"

Azərbaycan dünyada ilk müsəlman demokratiyası olaraq beynəlxalq ictimaiyyətə nümunə göstərib. SİA-nın verdiyi xəbərə görə, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov "Azərbaycan-ABŞ: Gələcəyə baxış" forumundakı çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan -ABŞ münasibətlər məhsuldar əməkdaşlığa əsaslanır: "Ölkələrimiz arasında mövcud olan möhkəm əlaqələrin tarixi keçmişi var. ABŞ demokratik cəmiyyətin qurulması və Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana dəstək verir. Dağlıq Qarabağ münaqişəsi ölkə iqtisadiyyatının inkişafına problem yaratsa da, hazırda Azərbaycan regionun lider dövlətidir Azərbaycan iqtisadiyyatı bölgə iqtisadiyyatının ümumi həcminin 80 faizindən çoxunu təşkil edir".

Çıxışı zamanı nazir bildirib ki, Azərbaycan ABŞ-la əməkdaşlığını həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirir: "Azərbaycan beynəlxalq birliyin terrorçuluqla mübarizəsinə tam dəstək verir. Biz sülhməramlı əməliyyatlarda iştirak edərək bu istiqamətdə bir sıra addımlar atmışıq. Azərbaycan avroatlantik cəmiyyətin dəyərlərini bölüşür".

Elmar Məmmədyarov vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın əsas problemidir: "Münaqişələrin həlli çox vacibdir. Ermənistanın qeyri-konstruktiv mövqeyi təkcə Azərbaycana yox, öz əhalisinə də zərər verir. Münaqişənin həlli bütün bölgəyə sabitlik gətirəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə