Bil Riçardson: "Əfaqanıstana gedən yüklərin 40 faizi Azərbaycan üzərindən ötürülür"

Bil Riçardson: "Əfaqanıstana gedən yüklərin 40 faizi Azərbaycan üzərindən ötürülür"

"Əfqanıstana gedən yüklərin 40 faizi Azərbaycan üzərindən ötürülür". SİA-nın verdiyi xəbərə görə, bunu "Azərbaycan-ABŞ: Gələcəyə baxış" formunda iştirak edən ABŞ-ın sabiq Energetika naziri, Nyu-Meksika ştatının sabiq qubernatoru Bill Riçardson deyib.

Onun sözlərinə görə, ABŞ Konqresi Azərbaycanla əlaqələrə daha çox diqqət yetirməlidir: "Azərbaycan ABŞ-ın müttəfiqi, strateji tərəfdaşıdır. Xəzər regionunda mühüm rola malik olan Azərbaycan sürətlə modernləşir. ABŞ bu məsələlərdə istənilən dəstəyi göstərməyə hazırdır. ABŞ-Azərbaycan münasibətlərinin təməlində energetika dayanır. Hesab edirəm ki, bu başlanğıcdır. Biz münasibətlərimizi daha da genişləndirməli və diversifikasiya etməliyik".

Eyni zamanda sabiq nazir bildirib ki, Azərbaycan tolerantlıq baxımından dünyanın seçilən ölkələrindəndir: "Azərbaycanda böyük yəhudi və xristian icması var. Bu ölkə çox dinamik şəkildə müasirləşir".

Bütün xəbərlər Facebook səhifəmizdə