Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Kişi və qadınlar üçün bərabər imkanlar komitəsinin iclası keçirilib. Tədbirdə ölkəmizi təmsil edən Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü, AŞPA-nın Rasizm və ksenofobiya alt komitəsinin sədri Sahibə Qafarova "Qadınların siyasətdə təmsilçiyinin gücləndirilməsi" mövzusunda çıxış edib. O, müzakirə olunan mövzu ilə bağlı fikir və təkliflərini səsləndirərək, həmçinin, ölkəmizdə qadınların siyasi cəhətdən fəallığının artırılması istiqamətində görülən işlər barədə geniş məlumat verib.
Onun sözlərinə görə, bu gün Azərbaycan qadını ictimai həyatın hər bir sahəsində fəallıq göstərir. Azərbaycanda qadınların üstünlük təşkil etdiyi sahələr içərisində səhiyyə (78,6 faiz), təhsil (71 faiz) və mədəniyyət (75 faiz) ən ön sıralardadır. Həmçinin səhiyyə sistemində rəhbər vəzifədə çalışanların 37 faizini, təhsil sahəsində 44 faizini, mədəniyyət və turizm qurumlarında 23 faizini qadınlar təşkil edir: "Bu məqamlar Azərbaycan hökumətinin imkanların genişləndirilməsi, qadınların cəmiyyətdə fəallığının artırılması və ümumiyyətlə, onların vəziyyətinin yaxşılaşdırılması məsələlərinə göstərilən yüksək qayğının əyani təzahürüdür. Lakin son illər qadınların həm də siyasi və ictimai qərar qəbuletmə səviyyəsində, iqtisadi sferada iştirakı nəzərə çarpacaq dərəcədə artıb. Təbii ki, bu, görülən işlərin nəticəsində mümkün olub. Mənim təmsil etdiyim Yeni Azərbaycan Partiyası (YAP) da ölkənin hakim partiyası olaraq, qadınların siyasi fəallığının artırılması istiqamətində öz töhfələrini verir. Məhz Yeni Azərbaycan Partiyasının səyi nəticəsində bələdiyyələrdə təmsil olunan qadınların sayı əsaslı şəkildə artıb. Ümumiyyətlə düşünürəm ki, Azərbaycanda həyata keçirilən gender siyasəti bir çox dövlətlər üçün nümunə ola bilər".
Daha sonra Sahibə Qafarova mayın 7-də Bakıda keçirilən qadınlara qarşı zorakılıqla mübarizə haqqında Avropa Şurası Konvensiyasına həsr edilən seminar və quruma üzv dövlətlərin parlamentariləri üçün hazırlanmış "Qorxudan uzaq, zorakılıqdan uzaq" adlı kitabın təqdimat mərasimi haqqında məlumat verib. O, AŞPA katibliyi tərəfindən hazırlanan kitabın əhəmiyyətini vurğulayaraq bildirib ki, indiyədək 14 dilə tərcümə edilən bu praktik və nəzəri vəsait millət vəkilləri üçün çox dəyərli olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB