“Həmsədrlərin regiona səfərindən irəliləyiş gözləməyə dəyməz" AÇIQLAMA
"Ümumiyyətlə, ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərindən hansısa irəliləyiş gözləməyə dəyməz. Çünki bunlar sadəcə vasitəçi rolunu oynayırlar". Bunu SİA-ya açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov deyib.
Politoloqun sözlərinə görə, onların əsas missiyası tərəfləri masa arxasına gətirib, konkret olaraq hansısa təkliflərin müzakirəsinə cəlb etməkdir: "ATƏT-in Minsk qrupunun fəaliyyətində müəyyən canlanma hiss olunur. Məlumdur ki, Ermənistanda seçkilər yekunlaşıb və buradakı rejim hansısa beynəlxalq öhdəliklərin yerinə yetirilməsinə hazırdır. Xeyli vaxt idi ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri bir araya gələ bilmirdilər, amma artıq növbəti görüş keçirildi. Hazırda belə bir fikir var ki, hansısa sənəd hazırlanaraq, onun müzakirəsinə başlamaq olar. Bu layihənin nə dərəcədə məqbul və ya qeyri-məqbul olub-olmamasını əvvəlcədən söyləmək mümkün deyil. Amma Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Moskvada olduğu zaman dedi ki, işğalçı ölkənin qoşunlarının Azərbaycan ərazisindən çıxarılması məsələsi sənəddə öz əksini tapmalıdır. Belə olan halda mən bu cür danışıqları müsbət qiymətləndirirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB