"Hazırki vəziyyət həm Rusiyanın, həm də Azərbaycanın xeyrinədir"

"Hazırki vəziyyət həm Rusiyanın, həm də Azərbaycanın xeyrinədir"

"Azərbaycan Dağlıq Qarabağ probleminin tənzimlənməsi ərəfəsindədir. Çünki Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində dönüş yaradıb". SİA-nın məlumatına görə, Siyasi İnnovasiya və Texnologiya Məzkəzinin sədri Mübariz Əhmədoğlu bu gün keçirdiyi "Qarabağ saatı" adlı mətbuat konfransında belə deyib.

Onun sözlərinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib ki, status-kvo hər kəs üçün, o cümlədən Rusiya üçün qəbuledilməzdir: "Status-kvonun dəyişilməsi Azərbaycan torpaqlarının qaytarılması ilə yanaşı, Ermənistanın blokadadan çıxmasına da şərait yaradacaq. Bu isə həm Azərbaycanın, həm Ermənistanın, həm də Dağlıq Qarabağda yaşayanların maraqlarına cavab verir. Azərbaycan Rusiyanın mövqeyindəki bu dəyişikliyi çoxdan gözləyirdi. Hazırki vəziyyət həm Rusiyanın, həm də Azərbaycanın xeyrinədir".

Bütün xəbərlər Facebook səhifəmizdə