“Vəzifəli şəxslər jurnalistləri maraqlandıran suallara cavab verməlidir”

“Vəzifəli şəxslər jurnalistləri maraqlandıran suallara cavab verməlidir”

Vəzifəli şəxs jurnalistin suallarına cavab verməyərək kobudluq edir və ya güc tədbiq edirsə, həmin şəxs qanunvericiliyə uyğun olaraq azadlıqdan məhrum oluna da bilər: "SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Şura sədrinin sözlərinə görə, məsələylə bağlı qanunvericilikdə də birmənalı şəkildə maddələr verilib: "Hər bir vəzifəli şəxs qanunvericiliyə uyğun olaraq öz fəaliyyəti ilə bağlı jurnalistləri maraqlandıran suallara cavab verməlidir. Əgər vəzifəli şəxs jurnaalistin suallarına cavab vermirsə, o, sakit dayanmamalıdır. Eyni zamanda jurnalistdə verdiyi sualın mənasını dəqiq bilməli, mövzu ilə bağlı geniş bilgiyə malik olmalıdır. Əgər doğurdan da o müsahibindən hər hansı qanunsuzluq görürsə, bununla bağlı Mətbuat Şurasına və ya müvafiq orqanlara müraciət edilməlidir."

Bütün xəbərlər Facebook səhifəmizdə