Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Qambiya Respublikasının xarici işlər naziri xanım Susan Vaffa-Oqunu qəbul edib. SİA-nın məlumatına görə, ikinci dəfə ölkəmizdə səfərdə olduğunu vurğulayan Qambiya Respublikasının xarici işlər naziri xanım Susan Vaffa-Oqun ötən dövr ərzində paytaxtımızda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib. O, Qambiya Prezidenti Yəhya Cammehin məktubunu dövlətimizin başçısına təqdim edib.
Dövlətimizin başçısı Qambiya Prezidenti Yəhya Cammehin məktubuna görə minnətdarlığını bildirib. Azərbaycan ilə Qambiya arasında ikitərəfli əlaqələrin inkişafının razılıq doğurduğunu vurğulayan Prezident İlham Əliyev ölkələrimizin bir-birini beynəlxalq təşkilatlarda dəstəkləmələrinin önəmini qeyd edib. Dövlət başçısı Qambiyanın xarici işlər naziri xanım Susan Vaffa-Oqunun ölkəmizə səfərinin əməkdaşlığımızın müxtəlif sahələrdə inkişafı üçün yeni imkanlar açacağına ümidvar olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB