Səfər Əbiyev Avropa ölkələrinin müdafiə nazirləri ilə görüşəcək

Səfər Əbiyev Avropa ölkələrinin müdafiə nazirləri ilə görüşəcək

Bu gün Azərbaycan müdafiə naziri, general-polkovnik Səfər Əbiyev "Avropada təhlükəsizliyin hərbi-siyasi aspektləri" mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün Moskvaya yola düşüb.

Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Avropa dövlətləri müdafiə nazirlərinin dəvət edildiyi konfrans çərçivəsində Azərbaycanın müdafiə nazirinin bir sıra ölkələrin müdafiə nazirləri ilə görüşü nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə