Prezident İlham Əliyev İspaniya nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev İspaniya nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də İspaniya Krallığının müdafiə naziri Pedro Morenes Alvaro de Eulatenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın məlumatına görə, Azərbaycan Respublikası ilə İspaniya Krallığı arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev bu əlaqələrin iqtisadi, qarşılıqlı sərmayə qoyuluşu və digər sahələrdə inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu bildirib. Dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edərək bu cür səfərləri intensiv şəkildə həyata keçirməyin vacibliyini bildirib. Prezident İlham Əliyev İspaniya Krallığının müdafiə naziri Pedro Morenes Alvaro de Eulatenin ölkəmizə səfərinin hərbi əməkdaşlığın inkişafına xidmət edəcəyinə ümidvar olduğunu dsöyləyib.

İspaniya Krallığının müdafiə naziri Pedro Morenes Alvaro de Eulate paytaxtımızda böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. İspaniyalı nazir Azərbaycana səfərinin əlaqələrimizin, o cümlədən hərbi sahədə əməkdaşlığımızın perspektivlərinin səmərəli müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə