Parlament haqqında yayılan xəbərlər həqiqəti əks etdirmir. SİA-nın məlumatına görə, son günlər ölkənin bir sıra mətbuat orqanlarında belə bir məlumat yayılıb ki, guya Milli Məclisdə "Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında" qanun layihəsi hazırlanır. Yayılan məlumatlara görə, həmin qanun layihəsinin yaxın vaxtlarda Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir.
Milli Məclisin mətbuat xidmətindən bildirilib ki, parlamentdə belə bir qanun layihəsinin hazırlanması barədə yayılan xəbərlər həqiqətə uyğun deyil. Parlamentin heç bir komitəsində belə bir qanun layihəsi müzakirə olunmayıb. Buna görə də Milli Məclisin mətbuat xidməti bütün kütləvi informasiya vasitələrinin diqqətinə çatdırır ki, bu tipli informasiyaları yaymamışdan əvvəl məlumatı yoxlasınlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB