Azərbaycan prezidenti İlham Əliyev "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanunda dəyişikliklər edilməsi barədə 2013-cü il 19 aprel tarixli 616-IVQD nömrəli qanunun tətbiqi haqqında fərman imzalayıb. SİA-nın məlumatına görə, Nazirlər Kabinetinə tapşırılıb ki, üç ay müddətində qanunların, Azərbaycan prezidentinin aktlarının və Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu qanuna uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin, qanundan irəli gələn digər məsələləri həll etsin.
Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanununda dəyişikliklər edilməsi barədə" qanuna uyğunlaşdırılmasını təmin etmək və bu barədə Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB