"İlk növbədə, Rüstəm İbrahimbəyov Azərbaycan vətəndaşıdır. İkincisi isə heç kim onu ölkədən çıxarmayıb ki, o bu cür ifadələri dilə gətirir". Bunu SİA-ya Azərbaycanlı Gənclərin Avropaya İnteqrasiya Təşkilatının (AGAT) sədri Gülsel Səfərova Rüstəm İbrahimbəyovun "Mənim Azərbaycana dönüşüm oradakı vəziyyətdən asılıdır" fikri ilə bağlı mətbuata verdiyi müsahibəsinə münasibət bildirərkən deyib.
AGAT sədrinin sözlərinə görə, əgər nəsə onu qane etmirsə, bu normal haldır və bunu ifadə edə bilər: "Amma təbii ki, onun bütün çıxışlarında siyasi məqsədlər hissi olunur. Biz gənclər olaraq bunu aydın şəkildə başa düşürük. O, hər an Azərbaycana gələ bilər. Biz qaraya ağ deyə bilmərik. Azərbaycanda siyasi vəziyyət, durum bəlkə də Avropa cəmiyyətinə, ölkələrinə bir növ modeldir. Uzun illərdir ki, ölkəmiz müharibə şəraitində yaşayır və beynəlxalq təşkilatlara üzvdür. Azərbaycan Cənubi Qafqazda ən inkişaf etmiş ölkələr siyahısındadır. Bütün bunların fonunda hakimiyyətə qarşı hər hansı bir mənfi iddia yol verilməzdir. O, ağsaqqaldır. Belə fikirlərin məhz onun tərəfindən söylənilməsi biz gənclərdə təəssüf hissi yaradır. Hər zaman Azərbaycan dövləti onun yanında olub və heç bir zaman onun əlini buraxmayıb. Düşünürəm ki, o çox qısa bir zamanda öz fikrindən dönəcək. Amma sözün düzü, buna ümid çox azdır. Azərbaycan gəncliyi nəyin necə olduğunu çox yaxşı bilir, ölkəmizin siyasi kursunu dəstəkləyir və bundan sonra da dəstəkləyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB