Azərbaycan Prezidenti İlham Əliyevin Avstriyaya rəsmi səfəri başa çatıb
Mayın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avstriya Respublikasına rəsmi səfəri başa çatmışdır.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Vyananın Şvexat Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi Avstriyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.
Həmin gün Azərbaycan Prezidenti Bakıya qayıtdı.
Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentini Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB