Ramin Məmmədov: “Gənclərimiz hər zaman olduğu kimi, bugün və gələcəkdə də Prezident İlham Əliyevi dəstəkləyəcəklər”

Ramin Məmmədov: “Gənclərimiz hər zaman olduğu kimi, bugün və gələcəkdə də Prezident İlham Əliyevi dəstəkləyəcəklər”

Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın növbəti iclasında bu il ölkəmizdə keçiriləcək prezident seçkilərində gənclər cənab Prezident İlham Əliyevi dəstəkləyəcəklərini bəyan ediblər. Bu, bir daha onu deməyə əsas verir ki, Azərbaycan gəncləri cənab Prezidentə hər zaman olduğu kimi, bu gün də inanır və Prezident İlham Əliyevi səmimiyyətlə dəstəkləyirlər.

Bəyanatla bağlı SİA-ya açıqlama verən gənclər təşkilatlarının rəhbərləri bunu, gənclərin Liderlərinə olan inamı, sədaqəti kimi qiymətləndiriblər.

Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Ramin Məmmədov: "Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məlumdur ki, gənclər cəmiyyətin sosial, ictimai-siyasi həyatında mühüm keyfiyyətlərə və önəmli rola malikdirlər. Bu gün yüzlərlə Azərbaycan gənci dövlətin səyi sayəsində xarici ölkələrdə təhsil alır və hazırda dövlət qurumlarında çalışan gənclərin sayının artdığı hər kəsə bəllidir. Qeyd edim ki, Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğı nəticəsində görülən işlərə nəzər saldıqda belə bir fikir yaranır ki, gənclər Cənab Prezidentin onlara göstərdikləri qayğının qarşılığında öz Liderlərinə dəstək olmağı mənəvi borcları hesab edirlər. Cənab Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait cənab Prezidentin xüsusi diqqət və qayğısının nəticəsidir. Gənclər ölkə başçısı cənab Prezident İlham Əliyevi hər zaman dəstəkləyir, onun ətrafında sıx birləşir. Gənclərimiz hər zaman olduğu kimi, bugün və gələcəkdə də cənab Prezident İlham Əliyevi dəstəkləyəcəklər.

Təxris olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli: \"Məlumdur ki, Azərbaycan bu gün regionun sürətlə inkişaf edən ölkəsidir. Respublikamız həm siyasi, həm iqtisadi, həm sosial, həm hərbi, həm də digər sahələr üzrə uğurlar əldə etməkdədir. Bununla yanaşı, Azərbaycanda demokratik şəraitin yaradılması, söz-mətbuat azadlıqlarının dövlət tərəfindən ciddi şəkildə qorunmasının da şahidiyik. Bütün bunlar cənab Prezident İlham Əliyevin siyasətinin nəticəsidir. Məhz buna görə də Azərbaycan gəncləri Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləyir, Cənab Prezidentə inanırlar. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir. Siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Cənab Prezident İlham Əliyevin gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının genişlənməsi üçün bu sahəyə xüsusi diqqət və qayğı ilə yanaşır. Şahidi oluruq ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dünyada daha da tanınır, qüdrətli dövlətə çevrilir, ölkədə əhalinin rifah halı gündən-günə yaxşılaşır.

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatlarının sədri Gülsel Səfərova: \"Ölkə Prezidenti cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olaraq, hər bir sahəyə xüsusi diqqət və qayğı ilə yanaşır. Təbii ki, ölkəmizdə gənclər siyasətinin əsasını Ulu Öndər Heydər Əliyev qoyub. Ümummilli Lider gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirərək, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi və bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirirdi. Bu gün isə cənab Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan cənab Prezidentin xüsusi diqqət və qayğısının nəticəsidir. Dövlət başçımızın gənclərin xaricdə təhsil alması üçün təsdiqlədiyi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" gənclərin xaricdə təhsilinə geniş imkanlar yaradıb. Bu gün gənclərin məşğulluğunun təmin olunması istiqamətində də mühüm addımlar atılır.Bütün bunlara əsasən deyə bilərəm ki, gənclərimiz hər zaman Prezident İlham Əliyevi dəstəkləyəcək\".

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə