"İsa Qənbər bu fikirləri laçınlılarla görüşdə yox, vaxtılə Azərbaycan torpaqlarının işğal olaunması prosesinə rəhbərlik edən Levon Ter-Petrosyanın təşkilatı ilə müqavilə bağlayanda bu fikirləri səsləndirməli idi". SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, politoloq Elçin Mirzəbəyli Müsavat başqanı İsa Qənbərin laçınlılarla görüşü zamanı səsləndiridiyi fikirlərə münasibət bildirərkən belə deyib.
Onun sözlərinə görə, əslində ölkə müxalifəti iqtidardan bu mövzuda daha sərt formada çıxış etməlidir: "Azərbaycan hakimiyyəti danışıqlar prosesinin fayda verməyəcəyi təqdirdə hərbi əməliyyatlara başlayaraq torpaqları azad edə biləcəyini hər zaman səsləndirir. Amma göründüyü kimi İsa Qənbər erməni diasporasının qarşısında quyruq bulayır. Onun cəsarəti çatmır ki, bir dəfə də olsun torpaqların hərbi əməliyyat yolu ilə azad edilməsinin tərəfdarı olduğunu dilə gətirsin. Bu Müsavatın gerçək simasıdır. Güman edirəm ki, Laçın rayonunun qaçqın və məcburi köçkün düşmüş soydaşlarımız, bütövlükdə kimliyindən asılı olmayaraq hər bir vətəndaşı da kimin kim olduğunu yaxşı bilir".
Elçin Mirzəbəyli görüş zamanı digər Müsavat sözcülərinin də dövlətin qaçqın və məcburi köçkünlərə qayğı göstərməməsilə bağlı səsləndirdiyi fikirlərə də aydınlıq gətirib: "Ən azı son dövrlərdə Azərbaycanda qaçqın və məcburi köçkünlər üçün inşa edilən mənzillərə diqqət yetirsək, faktiki olaraq səsləndirilən fikirlərin absurd cəfəngiyyatdan başqa bir şey olmadığını görərik. Hər birimiz onlara verilən evlərlə və onların yaşayış şəraitilə də tanışıq. Bu cəfəngiyyat dolu fikirləri səsləndirənlərin ağlı 1988-ci ildən bu günə qədər inkişaf etməyib, onların şüuru inkişafdan dayanıb və geriyə doğru işləməyə başlayıb. Nə dediyindən asılı olmayaraq İsa Qənbərin söylədiyi hər bir kəlimə onu növbəti dəfə biabır edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB