Oqtay Əsədov: "Gülüstan sözünü eşidəndə içimdən yanıram"

Oqtay Əsədov: "Gülüstan sözünü eşidəndə içimdən yanıram"

Milli Məclisin bugünkü iclası davam edir. SİA-nın məlumatına görə, millət vəkili Zahid Oruc çıxışı zamanı deyib ki, Şəhidlər Xiyabanı tariximizdə müqəddəsləşmiş məkana çevrilib: "Azərbaycana xarici qonaqlar gələrkən protokolun ən mühüm hissələrindən biri kimi Şəhidlər Xiyabanını ziyarət etmək təşkil edir. Orada Azərbaycanın üç dövründə şəhid olan insanlar uyuyur. Şəhidlər Xiyabanında 20 Yanvar şəhidlərinin dəfn edilən yuxarı hissə ziyarət olunur".

O, Şəhidlər Xiyabanında digər dövrlərdə də şəhid olanların ziyarət edilməsi üçün ingilis dilində lövhə asılmasını təklif edib.

Zahid Oruc bildirib ki, son dövrlər İranda Azərbaycana qarşı ərazi iddiaları səsləndirilir: "Bu yaxınlarda Gülüstan müqaviləsinin 200 illiyi tamam olur. Parlament nümayəndələrinə müraciət edirəm ki, bu məsələ ilə bağlı ictimai tədbirlər həyata keçirilsin. Çünki buna ehtiyac var".

Spiker Oqtay Əsədov Zahid Oruca irad tutub: "Siz təcrübəli millət vəkilisiniz. Bilirsiz ki, bizi təxribata çəkirlər. Niyə təxribata gedirsiniz? Mən də Gülüstan sözünü eşidəndə içimdən yanıram, ona görə də heç bir çağırış etmirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə