XİN Türkiyənin Hatay vilayətində baş vermiş terror aktını qınayır

XİN Türkiyənin Hatay vilayətində baş vermiş terror aktını qınayır

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin Hatay vilayətində baş vermiş terror aktını qınayır.

"Biz terrorun bütün növlərinə qarşıyıq və terror fəaliyyətini qınayırıq. Qardaş ölkə Türkiyədə baş vermiş terror aktı bizə dərindən təsir edib",- Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev bildirib.

Onun sözlərinə görə, Azərbaycan terrordan əziyyət çəkmiş bir ölkə kimi, Türkiyənin dərdinə şəriqdir.

Xarici İşlər Nazirliyi terror aktı nəticəsində həlak olmuşların ailə üzvlərinə və yaxınlarına baş sağlığı verir.

Bütün xəbərlər Facebook səhifəmizdə