Sədaqət Vəliyeva: Yol nəqliyyat hadisəsinin müxalifət tərəfindən siyasi şouya çevirmək cəhdləri baş tutmayacaq

Sədaqət Vəliyeva: Yol nəqliyyat hadisəsinin müxalifət tərəfindən siyasi şouya çevirmək cəhdləri baş tutmayacaq

"Azərbaycanda keçiriləcək prezident seçkiləri öncəsi radikal müxalifət nümayəndələri öz ağalarından aldıqları sifarişləri reallaşdırmaq üçün hər cür çirkinliyə əl atırlar". Bunu SİA-ya Milli Məclisin deputatı, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva Xudatda baş vermiş yol nəqliyyat hadisəsinin müxalifət tərəfindən siyasi şouya çevirmək cəhdlərinə münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, radikal müaxlifət nümayəndələri o qədər siyasi cəhətdən cılızlaşıb ki, az qala qarışqanın ölümünü də siyasiləşdirsin: "İstənilən yol nəqliyyat hadisəsi zamanı hadisə yerinə çoxlu sayda insan toplaşa bilər. Ancaq radikal müxalifətin hər bir hadisəyə "inqilabi" don geyindirməsi anlaşılan deyil. Hesab edirəm ki, Xudatda baş verən hadisəni bu qədər şişirtməyə və ona siyasiləşdirməyə ehtiyac yoxdur. Çünki bu hər kəsin başına gələ biləcək hadisədir. Radikal müxalifətin bu kimi hadisələrə siyasi don geyindirməsi prezident seçkiləri öncəsi süni "sosial etiraz" fonu yaratmaq məqsədi daşıyır. Bütün bunlar eyni ssenari üzrə yazılmış proseslərdir . Onların məqsədi Azərbaycanın mənfi imicini yaratmaq, ölkəmizə gələn mötəbər qonaqlara guya ölkəmizdə özbaşnalığın hökm sürdüyünü, insan haqlarının pozulduğunu göstərməkdir. Lakin hər zaman olduğu kimi onlar məqsədlərinə çata bilməyəcəklər. Çünki Azərbaycan xalqı Ulu öndər Heydər Əliyev ideyalarını davam etdirən ölkə başçısı İlham Əliyevin ətrafında sıx birləşib".

S.Vəliyeva vurğulayıb ki, baş verən yol nəqliyyat hadisəsindən siyasi məqsədlər üçün istifadə etməyə çalışanlar etdiklərindən xəcalət çəkməlidirlər: "Azərbaycan müharibə şəraitində yaşayan bir ölkədir. Hesab edirəm ki, onun ordusunu gözdən salmağa çalışan insanlar çox şərəfsiz addımlar atırlar. Hesab edirəm ki, damarında azərbaycanlı qanı axan hər bir vətəndaşımız ordumuzun qüdrətlənməsi və onun uğuru üçün çalışmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə