9 Saylı Xəzinədarlıq İdarəsinin kollektivi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Məzarını ziyarət edib
Maliyyə Nazirliyinin 9 Sayli Xəzinədarliq İdarəsinin kollektivi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Məzarını ziyarət edib, abidəsi önünə tər çiçəklər düzüblər. SİA-nıən verdiyi məlumata görə, daha sonra 9 Saylı Xəzinədarlıq İdarəsinidə davam etdirilən tədbirdə çıxış edən idarənin rəisi Aydın Hüseynov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin millətimiz qarşısındakı misilsiz xidmətlərindən bəhs edib.
Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin bu günümüz və gələcəyimiz üçün böyük örnək olduğunu vurğulayan A.Hüseynov qədirbilən xalqımızın qəlbində Milli Liderə olan tükənməz sevginin hər zaman təzahür edəcəyinə əminliyini ifadə edib. Vurğulaylb ki, Ümummilli Lider daima öz xalqına və dövlətinə bağlılığını açıq şəkildə nümayiş etdirib və bunu öz həyat fəlsəfəsinin əsas prinsipi kimi qəbul edib.
A.Hüseynov deyib ki, Onun sovetlər dönəmində rəhbər vəzifələrdə çalışarkən Azərbaycana və həmyerlilərimizə olan rəğbəti bütün SSRİ məkanında böyük cəsarət tələb edən bir faktor idi. Qeyd edib ki, Ulu Öndər sovetlər sistemində rəhbər vəzifəyə yüksələrkən Azərbaycan məlum məkanda aqrar bir ölkə kimi tanınırdı. Eyni zamanda milli sərvətlərimiz xalqımızın rifahına onun gələcəyinə deyil, başqa-başqa ölkələrin, xalqların rifahına və ayrı-ayrı maraqlara sərf olunurdu deyən A.Hüseynov məhz bu tendensiyaya Ulu Öndər Heydər Əliyev tərəfindən birmənalı şəkildə son qoyulduğunu, millətimizin öz dəyərlərinə, nemətlərinə sahib olduğunu açıq şəkildə nümayiş etdirdiyini söylədi. Bildirdi ki, Ulu Öndərin möhkəm iradəsi sayəsində Azərbaycan sovetlər məkanında artıq bir sənaye ölkəsi kimi də tanınmağa başladı, Azərbaycanda yeni-yeni iri iqstisadi layihələr həyata keçirildi və istehsalat sahələri yaradıldı.
"Ikinci dəfə 1993-cü ildə Azərbaycan xalqının təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkəmizi düşmüş olduğu ağır iqtisadi, siyasi böhrandan xilas etdi. Ölkədə sarsılmaz stabilliyin əsası qoyuldu və dünyanın aparıcı investorları Azərbaycana dəvət edildi dövlətin iqtisadi dayaqları bərpa edildi. Azərbaycanın inkişaf strategiyasının müəllifi olan Ulu Öndər Heydər Əliyev siyasətinin bu gün də uğurla davam etdirildiyini cənab Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik siyasət nəticəsində ölkəmizin Cənubi Qafqaz regionunda və dünyada aparıcı mövqeyə yüksəlib", - deyən A.Hüseynov Prezident İlham Əliyevin Azərbaycanı iqtisadi cəhətdən dünyada aparıcı dövlətələr sırasına yüksəltməsinin əsasında məhz Ümummilli Lider Heydər Əliyev strategiyasının dayandığını vurğulayıb. A.Hüseynov ölkəmizin bundan sonra da artan iqtisadi, siyasi qüdrəti sayəsində qarşıda dayanan bütün vəzifələrin uğurla yerinə yetiriləcəyinə əminliyini ifadə edib.
Digər çıxışçılar da Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərinə toxunaraq, hər bir azərbaycanlının qəlbində Ulu Öndərə olan sevgisinin tükənməz olduğunu dilə gətiriblər. Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyev siyasətinin ən layiqli davamçısı olan cənab Prezidentimiz İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili, xarici siyasət nəticəsində Azərbaycan dünyada aparıcı mövqeyə yüksəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB