BAXCP-də ağır itki üz verib

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasına (BAXCP) ağır itki üz verib. BAXCP-dən SİA-ya verilən məlumata görə, Partiyanın Füzuli rayon təşkilatının sədri Rəhim Orucov bu gün ürək çatışmazlığından vəfat edib.

Qeyd edək ki, Rəhim Orucov 1960-cı ildə Füzuli rayonunda dünyaya gəlib. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə fəal iştirak edib. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının yarandığı ilk gündən partiya sıralarında təmsil olunub.

Birinci Qarabağ müharibəsi veteranı və əlilidir.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə