Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub. BAXCP-dən SİA-ya verilən məlumata görə, BAXCP sədri HATO-nun Gürcüstanın paytaxtında keçirilən "Rouz Rous" seminarında müzakirə olunan məsələlərlə bağlı İdarə Heyətinin üzvlərinə ətraflı məlumat verib.
İclasda daha sonra ictimai-siyasi vəziyyət və təşkilat məsələlərilə bağlı müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB