"İsrail aktiv demokratik ölkədir. İllərdir bu dövlət öz mövcudluğuna görə mübarizə aparır". SİA-nın məlumatına görə, bunu bu gün birinci Cənubi Qafqaz forumunda iştirakı zamanı İsrailin sabiq baş naziri Ehud Barak deyib.
Nazirin sözlərinə görə, hazırda İsrailin vəziyyəti o qədər də qənaətbəxş deyil: "Bir tərəfdən israildə 1,5 milyon qaçqın var, digər tərəfdən qonşuluğunda kifayət qədər aqressiv dövlətlər yerləşir, daha bir səbəb isə Fələstinlə olan münasibətlərdir. Biz Fələstinlə olan məsələləri həll etməyə çalışırıq. Ancaq hələ də bu mümkün olmayıb. Mən inanıram ki, demokratiya və haqq öz yerini tapacaq. Bunun həll olunması üçün düşünürəm ki, üç məsələ vacibdir. Birincisi imkanların bərabərliyidir ki, hələ də mümkün olmayıb. İkinci məsələ cəmiyyətin düzgün təbəqələşməsi, üçüncü məsələ isə sülh prosesinə nail olmaqdır. Sülh olmadan nəyisə əldə etmək qeyri-mümkündür. Bu günə qədər bir sırə sülh təklifləri olub. Düşünürəm ki, bütün təkliflərə baxılmalıdır və məsələ həll olunmayana qədər, danışıqlar mütəmmadi olaraq davam etdirilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB