Mixeil Saakaşvili: “Biz Azərbaycanın xarici siyasətini dəstəkləyirik”

Mixeil Saakaşvili: “Biz Azərbaycanın xarici siyasətini dəstəkləyirik”

"Mən çox şadam ki, Azərbaycandayam və özümü çox təvəzökar hiss edirəm. Bakı çox gözəl şəhərdir və getdikcə inkişaf edir". SİA-nın məlumatına görə, bunu Gürcüstan prezidenti Mixeil Saakaşvili birinci Cənubi Qafqaz forumunda iştirakı zamanı deyib.

Prezidentin sözlərinə görə, biz hər il özümüzü daha çox stabilləşmiş dünyada görürük: "Mən 21-ci əsrdə olan bu prosesləri düşünəndə deyirem ki, bəs siyasi proseslərin həlli nə yerdədir? Biz Nyu York-Şanxay-Parisə qədər getsək görərik ki, orada vəziyyət çox stabilləşib. Biz bu regionda bütün proseslərin mərkəzində yerləşirik. Biz Gürcüstanda Ukraynada narıncı inqilabın şahidi olduq. Bu, hələ də insanların ürəyindədir. Burada müxtəlif siyasi vəziyyətlər vardır. Azərbaycan inkişaf etdikcə onun təbii sərvətləri, resursları da inkişaf edir. Əlbəttə, bu, dahi şəxsiyyət Heydər Əliyevin səyi sayəsində mümkün olub. Biz Azərbaycanın xarici siyasətini dəstəkləyirik. Amma buna baxmayaraq, təhlükəli güclər hər şeyin əksinə hərəkət edərək, inkişafa mane olmağa çalışırlar."

Bütün xəbərlər Facebook səhifəmizdə