PA rəsmisi: “Müxalifətin regionlarda keçirdiyi görüşlərə icazə verilməməsi ilə bağlı fikirlər absurddur"

PA rəsmisi: “Müxalifətin regionlarda keçirdiyi görüşlərə icazə verilməməsi ilə bağlı fikirlər absurddur"

"Prezidentin bəzi rayon icra hakimiyyətlərinin fəaliyyəti ilə bağlı iradlarının həlli istiqamətində bütün lazımı işlər görülür". SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezident Administrasiyasının rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev deyib. Şöbə müdirinin sözlərinə görə, artıq bu istiqamətdə narahatçılıqlar azalır: "Bu iradlardan hamı öz dərsini götürüb. İstər mətbuatda, istərsə də yerlərdən hər hansı narahatçılıq doğuran məqam ortaya çıxarsa, biz onun dərhal həllinə çalışırıq. Nazirlərin və hökumətin digər yüksək vəzifəli şəxslərinin bölgələrdə vətəndaşları qəbul etməsi, onların problemlərinin yerində həlli müsbət nəticələrini verir. Artıq hər kəs də görür ki, problemlərin çoxu yerində həll olunur".

Müxalifətin regionlarda keçirdiyi görüşlərə icazə verilməməsi barədə yayılan məlumatlara da toxunan Z.Nağdəliyev deyib: "Müxalifətin regionlarda keçirdiyi görüşlərə icazə verilməməsi haqqında məlumatlı deyiləm. Bu absurd və əsası olmayan informasiyadır".

Bütün xəbərlər Facebook səhifəmizdə