YAP və bir sıra rəsmilər Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi və bir sıra rəsmilər Ümummilli lider Heydər Əliyevin Fəxri Xiyabanda məzarını ziyarət edib. SİA-nın xəbərinə görə, ziyarətçilər sırasında YAP-ın Sədr müavini-icra katibi Əli Əhmədov, Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, Partiyanın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov və digər rəsmi şəxslər iştirak edib.
Ulu Öndərin məzarını ziyarət edən rəsmilər daha sonra Akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini yad edib, qəbri üzərinə gül dəstələri düzüblər.
Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir "Gülüstan" Sarayında davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB