Çetinye şəhərində imzalanmış Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Prezident Fərman imzalayıb

Çetinye şəhərində imzalanmış Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Prezident Fərman imzalayıb

12 martda Çetinye şəhərində imzalanmış "Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Monteneqronun İnsan Resurslarının İdarə Edilməsi üzrə İdarəsi arasında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Fərman imzalayıb. SİA xəbər verir ki, Fərmana qeyd olunub ki, martın 12-də Çetinye şəhərində imzalanmış "Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Monteneqronun İnsan Resurslarının İdarə Edilməsi üzrə İdarəsi arasında Anlaşma Memorandumu" təsdiq edilsin.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Monteneqro Hökumətini xəbərdar etsin.

Bütün xəbərlər Facebook səhifəmizdə