Mübariz Əhmədoğlu: “Türkiyə-Rusiya münasibətləri gərginləşə bilər”

Mübariz Əhmədoğlu: “Türkiyə-Rusiya münasibətləri gərginləşə bilər”

"Türkiyə-Rusiya münasibətləri gərginləşə bilər". SİA-nın məlumatına görə, bunu bu gün Siyasi İnnovasiya və Texnologiya Məzkəzinin sədri Mübariz Əhmədoğlu 2013-cü ilin aprel ayında beynəlxalq və regional ictimai-siyasi proseslərin ümumi yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında çıxışı zamanı bildirib.

Mərkəz sədri bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər etdikdən sonra yayılan bəzi məlumatlar səfərin heç də uğurlu olmadığını deməyə əsas verir: "Rusiya Akkuyuda AES-in tikintisi üçün Türkiyədən əlavə güzəştlər istəyir. Bunun qarşılığında isə Türkiyəyə satdığı qazın qiymətini aşağı salacağını bilirib. Qazın miqdarı azala bilər. S.Lavrovun Türkiyə səfərindən az sonra Rusiya KİV-ləri Moskvadan Dəməşqə uçan sərnişin təyyarəsinin saxlanılmasını yada saldılar".

M.Əhmədoğlu həmçinin deyib ki, Türkmənistanın Rusiya və İranla münasibətlərində də gərginlik getdikcə artır: "Belə ki, S.Lavrov ikili vətəndaşlıq məsələsini müzakirə etmək məqsədilə Türkmənistana səfər edib. Türkmənistanda yaşayaraq həm Rusiya, həm də Türkmənistan vətəndaşlığı daşıyanların vəziyyətinin yaxşılaşacağını bildirən S.Lavrov, səfəri bitdikdən dərhal sonra Q.Berdimuhammedovun göstərişi ilə, ikili vətəndaşlığı olanlardan Rusiya vətəndaşlığının imtina etməyi, yalnız Türkmənistan vətəndaşlığını seçməyi tələb etməyə başlayıb".

Bütün xəbərlər Facebook səhifəmizdə