Cəbhə xəttində gərginlik davam edir

Cəbhə xəttində gərginlik davam edir

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnosesk rayonunun Cil kəndində və Noyemberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy və Qazax rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun işğal olunmuş Aşağı Seyidəhmədli, Horadiz, Ağdam rayonunun Novruzlu və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə