Bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi üzvlərinin ölkəmizdə səfərdə olan Avropa Parlamentinin Avropa Mühafizəkarlar və İslahatçılar Qrupunun (AMİQ) nümayəndə heyəti ilə görüşü keçirilib. SİA-nın məlumatına görə, komitə sədrinin müavini Sevinc Fətəliyeva ölkəmizdə bütün sahələrdə gedən dinamik inkişafdan, aparılan islahatlardan söz açıb.
O, müstəqil Azərbaycandakı stabilliyin və əmin-amanlığın qorunub saxlanılmasının əhəmiyyətini qeyd edib və ölkəmizin beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığı barədə qonaqlara məlumat verərək bildirib ki, Azərbaycan həyatın ən müxtəlif sahələrində əldə etdiyi uğurlar sayəsində regionda lider dövlətə çevrilib.
Sevinc Fətəliyeva eyni zamanda, Dağlıq Qarabağ münaqişəsi, onun törətdiyi fəsadlar barədə danışdı, bunların aradan qaldırılması istiqamətində atılan addımları diqqətə çatdırıb.
Görüşdə Avropa Mühafizəkarlar və İslahatçılar Qrupunun (AMİQ) sədri Martin Kallanan səfərlə bağlı təəssüratlarını bölüşüb və keçirdikləri görüşlər barədə danışıb. Qonaq təmsil etdiyi qurumla ölkəmiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
Söhbət zamanı qarşılıqlı əlaqələrin inkişaf perspektivləri, parlament səviyyəsində münasibətlərin genişlənməsi və bir sıra digər vacib məsələlərə toxunulub.
Görüşdə deputatlar Qənirə Paşayeva, Rasim Musabəyov və Ceyhun Osmanlı iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB