Eldar İbrahimov: "Mehriban xanım Əliyevanın Milli Məclisə amnistiya aktı layihəsini təqdim etməsi humanizimin ən böyük ifadəsidir"
Çingiz Qənizadə: "Amnistiya aktı layihəsinin təqdim olunması onu göstərir ki, Mehriban xanım Əliyeva hər zaman qəlbində ədalət və humanizim hissi yaşadır"
Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı Milli Məclisə amnistiya aktı layihəsi təqdim edib. Bu humanizim prinsiplərinə əsaslanan bu layihə Milli Məclisdən necə və hansı formada qəbul ediləcək?
Millət vəkili Eldar İbrahimov "Səs" qəzetinə açıqlamasında bildirib ki, Heydər Əliyev Fondunun prezidenti və millət vəkili Mehriban xanım Əliyeva 3-cü dəfədir ki, humanizim prinsipi nümayiş etdirərək amnistiya aktı layihəsini Milli Məclisə təqdim edir: "Artıq bu layihəyəyə komitədə baxılıb, müzakirə olunub. Milli Məclisin may 7-də keçiriləcək iclasında amnistiya aktı haqqında müraciətə baxılaraq qəbul olunacaq. Hesab edirəm ki, Mehriban xanım Əliyevanın Milli Məclisə amnistiya aktı layihəsini təqdim etməsi humanizimin ən böyük ifadəsidir. Mən də bir deputat və vətəndaş olaraq belə bir qanunun Milli Məclisə təqdim etdiyinə görə, Mehriban xanım Əliyevaya minətdarlığımı bildirirəm".
"Artıq 3-cü dəfədir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu cür amnistiya aktı layihələri ilə parlamentə müraciət edir. Bu bir daha Heydər Əliyev Fondunun humanizim və insanı dəyərlərə əsaslanan bir fəaliyyət yolu tutduğunun göstəricisi sayıla bilər" sualına münasibət bildirən E.İbrahimov bildirib ki, xalqımızın ümummlli lideri Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyası hələ uzun illər müstəqil Azərbaycan dövlətinin daha da güclənməsinə və xalqımızın rifahını artırılmasına xidmət edəcəkdir. Ümummlli Liderimizin siyasətinin insanpərvərlik ənənələrini daim təşviq edən Heydər Əliyev Fondu amnistiya aktlarının ardıcıl təşəbbüskarı olmuşdur. Bu isə fondun fəaliyyətinin ulu öndər Heydər Əliyev ideyalarına sədaqətli olmasının nəticəsidir.
Millət vəkili Çingiz Qənizadə də bizimlə söhbətində bildirib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən amnistiya aktı layihəsinin təqdimatı hər kəs tərəfindən müsbət dəyərləndirilib: "Bu humanizmə əsaslanan bir layihədir. Buna görə də, biz Mehriban xanım Əliyevaya öz minatdarlığımızı bildiririk. Amnistiya aktı layihəsi Mehriban xanım Əliyevanın ilk təşəbbüsü deyil. Yəni, əvvələr də Mehriban xanım Əliyeva bu cür təşəbbüsləri olub. Amnistiya aktı haqqında olun bu qərar Milli Məclisdə yaxın günlər ərzində müzakirə olunaraq qəbul ediləcək. Aparılan təhlillərə əsasən amnistiya aktı təxminən 9000 min şəxsə şamil olunacaq. Amnistiya aktı haqqında qanunun qəbul edilməsi cəmiyyətdə mövcud olan müsbət əhval-ruhiyyənin daha da möhkəmlənməsinə təkan olacaq".
Ç.Qənizadə onu da bildirib ki, Mehriban xanım Əliyeva Azərbaycanın xalq musiqisinin, muğamının, incəsənətinin üzə çıxarılması və dünyaya təbliği, o cümlədən, xəstə və kimsəsiz uşaqlara hərtərəfli yardımların olunması sosial və ədalətli layihələrin müəllifidir: "Əvvələrdə Mehriban xanım Əliyeva tərəfindən bu cür addımların atılması və indi də amnistiya aktı layihəsinin təqdim olunması onu göstərir ki, Mehriban xanım Əliyeva hər zaman qəlbində ədalət və humanizim hissi yaşadır. İmkan düşdükcə də həmin o hissləri reallığa çevirir".
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB