MDB-nin Minskdəki mənzil-qərargahında Birliyə üzv dövlətlərin vətəndaşları olan əməkçi-miqrantlara dair məsələlər müzakirə ediləcək. SİA-ya verilən məlumata görə, aprelin 29-30-da təşkilatın Minskdəki mənzil-qərargahında MDB-yə üzv dövlətlərin ərazisində xarici mütəxəssislərin əməkdaşlığı və bu məqsədlə MDB ərazisində Birliyə üzv dövlətlərin vətəndaşları olan əməkçi-miqrantların uçotu üzrə dövlətlərarası məlumat bazasının təşkili haqqında saziş layihəsinin işlənib hazırlanması və razılaşdırılması sahəsində ekspertlərin elektron kartının (pasportunun) tətbiqi üzrə işçi qrupun iclası keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB