İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidenti Ceykob Gedleyihlekisa Zumaya təbrik məktubu ünvanlayıb.
"Cənubi Afrika Respublikasının milli bayramı - Azadlıq günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimi yetirirəm.
Ümidvaram ki, dövlətlərarası münasibətlərimizin inkişafı yolunda atdığımız qarşılıqlı addımlar dostluq əlaqələrimizin və əməkdaşlığımızın daim genişlənməsi və möhkəmlənməsi üçün yeni imkanlar açacaqdır", - təbrikdə deyilir.
İlham Əliyev Ceykob Gedleyihlekisa Zumaya möhkəm cansağlığı, işlərində uğurlar, dost CAR xalqına daim sülh və tərəqqi arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB